Türk Dünyası Birgə Əlifba Komissiyasının üçüncü iclası başa çatıbbackend

Türk Dünyası Birgə Əlifba Komissiyasının üçüncü iclası başa çatıb

Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumunun təşkilatçılığı ilə 9-11 sentyabr 2024-cü il tarixlərində Türk Dünyası Birgə Əlifba Komissiyasının 3-cü iclası başa çatıb.

KONKRET.az xəbər verir ki, iclasın əsas məqsədi bu sahədə əldə olunan biliklərdən və Komissiyanın ikiillik fəaliyyət təcrübəsindən yararlanaraq türk dilləri üçün ortaq əlifba layihəsi üzərində işlərin yekunlaşdırılması olub.

Görüş zamanı ilk dəfə 1991-ci ildə irəli sürülən Latın əsaslı Ortaq Türk Əlifbası layihəsi hərtərəfli nəzərdən keçirilib. Komissiya bu əlifba layihəsində təkmilləşdirilməsi vacib olan məsələlərlə bağlı ətraflı müzakirələr aparıb, lazımi qərarlar verib.

Nəticədə 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılıq əldə olunub. Təklif olunan əlifbadakı hər hərf türk dillərində olan müxtəlif fonemləri təmsil edir. Qeyd olunur ki, artıq hərflərdən 14-ü qəbul olunub.

Beynəlxalq Türk Akademiyası və Türk Dili Qurumu bu prosesdə töhfələrinə görə türk dövlətlərinin hökumətlərinə və Komissiya üzvlərinə minnətdarlıqlarını bildirirlər.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*