Türk Evinə hücum edən şəxs axtarışa verildibackend

Türk Evinə hücum edən şəxs axtarışa verildi

ABŞ-ın Nyu York şəhərində yerləşən Türk Evinə hücum edən şəxs axtarışa verilib.

KONKRET.az xəbər verir ki, bu barədə Nyu York şəhər Polis Departamentinin məlumatında bildirilib.

Hücumda Türkiyənin Giresun rayonunda qeydiyyatda olan və Türkiyədə sağlamlığa zərər vurma, hədələmə və narkotik saxlama maddələri ilə məhkum olunmuş Rəcəb Akbıyıkın iştirak etdiyi müəyyən edilib. Onun psixi problemləri olduğu qeyd olunub.

Qeyd edək ki, mayın 22-də Nyu Yorkda Türkiyə Baş Konsulluğunun yerləşdiyi Türk Evinə hücum olub. Binanın şüşələri sındırılıb.

Türkiyədə prezident seçkisi üçün səsvermə məhz bu binada keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*