Türk ölkəsinin bəyanatı İranı qəzəbləndirdibackend

Türk ölkəsinin bəyanatı İranı qəzəbləndirdi

Özbəkistan Xarici İşlər Nazirliyinin İran-İsrail münaqişəsi ilə bağlı bəyanatı Tehranda birmənalı qarşılanmayıb.

KONKRET.az Globalinfo.az-a istinadla xəbər verir ki, Özbəkistan bu münaqişənin ölkəni maraqlandırmadığını bildirib.

XİN insanlara başqa ölkədə olan dini, irqi və ya digər şəxsi məsələlərə görə baş verən münaqişələrə münasibət bildirməmələri üçün çağırış edib. Bu məsələnin ictimaiyyətdə qərəzli yanaşmaya səbəb ola biləcəyi vurğulanıb.

Lakin eyni zamanda Tehran və Təl-Əviv arasındakı münaqişənin sülh yolu ilə həllinin dəstəkləndiyi də bildirilib.

Sözügedən bəyanat İranda birmənalı qarşılanmayıb və bu ölkənin KİV-lərində tənqid edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*