Türkiyə Milli Müdafiə Nazirliyi “Pençe-Yıldırım” əməliyyatında şəhid olan çavuş Ahmet Asanın qanının yerdə qalmadığını və bölgədə daha iki PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə nazirliyin Tvitter hesabında paylaşım edilib.
“Pençe-Şimşek” əməliyyatı zamanı şəhid olan qəhrəmanımızın qanı yerdə qalmadı, qalmayacaq da! İki PKK terrorçusu bölgədəki ATAK helikopterlərimiz tərəfindən zərərsizləşdirildi”, – paylaşımda qeyd edilib.
Türkiyə MN terrorçuların məhv edildiyi kadrları da təqdim edib: