Türk yumurtaları xərçəngə səbəb olur – ŞOK İDDİAbackend

Türk yumurtaları xərçəngə səbəb olur - ŞOK İDDİA

Türk yumurtalarından istifadə insanda xərçəng xəstəliyinin yaranmasına səbəb olur. 

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 127 ton yumurta alan Tayvanın Kənd təsərrüfatı naziri Çen Çi-çunq Türkiyədən alınan yumurtalarda qadağan olunmuş maddə olan nitrofuran izlərinin aşkarlandığını açıqlayıb.

Çen Çi-çunq buna görə təzminat tələb ediləcəyini bildirib: 

“Hökumət türk tədarükçüsündən müqaviləyə əsasən kompensasiya tələb edəcək. Türkiyədən alqı-satqılar iyulun sonundan dayandırılır və artıq ABŞ-dan yumurta idxala keçəcəyik”.

Tayvanın təxminən, 160 min dollar zərərdə olduğu bildirilir.

Ölkədəki yumurta böhranından sonra Tayvan Braziliya, Malaziya, Filippin, Sinqapur və Taylanddan yumurta almağa başlayıb.//Yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*