Türkdilli ölkələr Azərbaycan iqtisadiyyatına milyardlarla dollar yatırıb – Nazir AÇIQLADIbackend

Türkdilli ölkələr Azərbaycan iqtisadiyyatına milyardlarla dollar yatırıb - Nazir AÇIQLADI

“1995-ci ildən 2021-ci ilin I rübünün sonuna qədər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələr Azərbaycan iqtisadiyyatına 13,5 milyard ABŞ dolları pul qoyub. Azərbaycan isə bu ölkələrin iqtisadiyyatına 8,6 milyard dollar investisiya yatırıb”.

KONKRET.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov işğaldan azad olunmuş Qarabağ bölgəsinin bərpasına və inkişafına həsr olunmuş Türkdilli Dövlətlərin Biznes Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan IV sənaye inqilabının imkanlarından maksimum yararlanmaq istəyir və bunun üçün əməkdaşlığa tam hazırdır:

“Hazırda Zəngəzur dəhlizinin reallaşması istiqamətində fəal iş aparılır. Bu, regionda inkişafa və əlaqələrin genişlənməsinə səbəb olacaq”.

Nazir həmçinin əlavə edib ki, biznes-forumda müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları forumda iştirak edir:

“Burada nəqliyyat, tikinti, kənd təsərrüfatı və başqa sahələrə aid sahibkarlar var. Əminəm ki, pandemiya imkan versəydi iştirakçıların sayı daha da çox olardı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*