Türkiyə 2024-cü ildə müdafiəyə 40 milyard dollardan çox vəsait ayıracaq ki, bu da builki büdcədən 150% çoxdur.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Türkiyə 2023-cü ildə müdafiə və təhlükəsizlik üçün təxminən 16 milyard dollar ayırıb. Türkiyə parlamenti təhlükəsizlik qüvvələrinin Suriya və İraqda sərhədyanı əməliyyatlar keçirməsinə icazə verən mandatın daha iki il müddətinə uzadılmasına səs verib.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz da hökumətin müdafiə ixracını indiki 6 milyard dollardan təxminən iki dəfə artıraraq 11 milyard dollara çatdırmağı hədəflədiyini bildirib.
ABŞ Türkiyəni birgə F-35 proqramından kənarlaşdırdıqdan sonra Ankara satınalma problemi ilə üzləşib.
ABŞ, həmçinin Türkiyənin İsveçin NATO-ya üzvlüyünə etirazı səbəbindən F-16 qırıcı təyyarəsinin satışına dair 20 milyard dollarlıq müqaviləni bloklayıb.
Ariz Həsənoğlu,
KONKRET.az