Türkiyə 30 mindən çox FETÖ üzvünü axtarışa verdibackend

Türkiyə 30 mindən çox FETÖ üzvünü axtarışa verdi

Türkiyə 30 min 681 FETÖ üzvünü axtarışa verib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç “A-Haber”ə müsahibəsində bildirib.

O qeyd edib ki, bu şəxslərin əksəriyyəti xarici qaçanlardır. Nazirin sözlərinə görə, indiyədək bu tələblə bağlı Rumıniya 2 və Əlcəzair 1 şəxsi Türkiyəyə ekstradisiya edib, 374 ekstradisiya tələbi isə rədd edilib.

“İsveçdən terror cinayətləri ilə bağlı 28 ekstradisiya tələbimiz olub, 22-si rədd edilib. Onlardan 9-u PKK-lı, 8-i FETÖ-çü, 5-də digər terror təşkilatları üzvüdür. 3 tələbimizə ölüm və digər səbəblərdən xitam verilib, 3 tələb üzrə isə işlər davam edir”.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*