“Türkiyə-Azərbaycan bütün imkanlarını Zəngəzurun fəthi üzərində cəmləyəcək” – Erməni türkoloqbackend

"Türkiyə-Azərbaycan bütün imkanlarını Zəngəzurun fəthi üzərində cəmləyəcək" - Erməni türkoloq

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində mətbuata verdiyi açıqlamada Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları barədə sualı cavablandırıb:

“Burada razılaşma ondan ibarətdir ki, 2025-ci ilə qədər Rusiya sülhməramlıları təyin olunmuş yerlərdə qalacaq. 2025-ci ildə Rusiya ərazini tərk edəcək. Mən də Rusiyanın bu razılaşmaya sadiq qalacağına inanıram. Qardaşım İlham Əliyev də məsələni diqqətlə izləyir”.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, Türkiyə liderinin bu açıqlamasına erməni türkoloq Varujan Qeqamyan öz feysbuk səhifəsində belə münasibət bildirib:

“Türkiyə və Azərbaycan 2025-ci ildə Rusiyanı Qarabağdan sıxışdırmağa nail olsa, bu, “Artsax” tarixinin son səhifəsini bağlayacaq. Bundan sonra Türkiyə-Azərbaycan bütün imkanlarını Zəngəzur və Dərələyəzin fəthi üzərində cəmləyəcək. Onlar son 2,5 il ərzində bu sahələrdə genişmiqyaslı addımlar atırlar”.

Qeqamyanın sözlərinə görə, Ermənistan üçün 2025-ci il dönüş nöqtəsi olacaq:

“2025-ci il Ermənistan üçün dönüş nöqtəsi olacaq – ya faktiki türkyönlü hökuməti aradan götürüb tamhüquqlu yeni xarici və müdafiə strategiyası qurmaq mümkün olacaq, ya da fəlakət ən geridönməz nəticələrlə daha da pisləşəcək. 2025-ci ilə qədər 2,5 il qalıb. Əslində, daha az. Ermənistanın narahat vətəndaşları, xüsusən də məsul elitası dünəndən bu ağır işlə məşğul olmalı idi”.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*