Türkiyə Ceyhan neft terminalını yenidən AÇIRbackend

Türkiyə Ceyhan neft terminalını yenidən AÇIR

Türkiyə cənubundakı Adana vilayətində Ceyhan neft terminalını yenidən açmaq qərarına gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə adı açıqlanmayan türk rəsmisinə istinadən “Bloomberg” agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, terminal yaxın vaxtlarda neftin qəbuluna və daşınmasına başlayacaq.

Agentlik bildirib ki, bazar ertəsi Türkiyənin dövlət şirkəti Botaş zəlzələdən sonra ehtiyat tədbiri olaraq terminalın fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib. Son məlumatlara görə, Türkiyədə 3419 nəfər həyatını itirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*