backend

Türkiyə Çindən koronavirus peyvəndi alacaq

Türkiyə Çindən peyvənd almağa hazırlaşır.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ÇXR Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib.

Bildirilir ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu çinli həmkarı Van İ ilə telefon danışığı aparıb.

Söhbət zamanı o, Çin peyvəndinin təsirli və təhlükəsiz olduğunu deyərək, onu almaq istədiklərini bildirib.

Çin Xalq Respublikasının Xarici İşlər naziri, öz növbəsində, Pekin və Ankaranın epidemiyaya qarşı “əl-ələ verərək” mübarizə apardıqlarını, bir-birini tibbi ləvazimatlarla təmin etdiklərini, epidemiya ilə mübarizə təcrübələrini bölüşdüklərini və COVID-19-a qarşı bir peyvəndin klinik sınaqlarının üçüncü mərhələsinin aparılması istiqamətində son dərəcə effektiv əməkdaşlığa başladıqlarını qeyd edib.

Xatırladaq ki, Türkiyə bir müddət əvvəl Rusiya peyvəndini almaqdan imtina etmişdi. Səbəb kimi isə peyvəndin laboratoriya təcrübələrinə cavab verməməsi göstərilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*