“Türkiyə digər dövlətlər kimi “erməni soyqırımı”nı tanımalıdır, əks halda sülh ola bilməz” – Xaçaturyan SƏRSƏMLƏDİbackend

“Türkiyə digər dövlətlər kimi “erməni soyqırımı”nı tanımalıdır, əks halda sülh ola bilməz” – Xaçaturyan SƏRSƏMLƏDİ

“Biz ilk növbədə sərhədin delimitasiyası və demarkasiyası prosesindən narahatıq. Çünki Türkiyə və Azərbaycan hər şeyi edəcək ki, “Artsax”ın status məsələsi demarkasiya yolu ilə “dəfn edilsin”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu fikirləri Erməni İnqilab Federasiyası Bürosunun nümayəndəsi Akop Ter-Xaçaturyan jurnalistlərə müsahibəsində deyib.

Xaçaturyan bildirib ki, ATƏT-in Minsk Qrupu formatının bərpası və danışıqların davam etdirilməsi arzuolunandır: “Xalqlar arasında əsas məsələlər həll edilməsə, sülhün bərqərar olması mümkün deyil. Türkiyə digər dövlətlər kimi “erməni soyqırımı”nı tanımalıdır. Əks halda bölgədə qalıcı və davamlı sülh ola bilməz” – deyə Xaçaturyan səsrəm fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*