Türk Hava Yolları (THY) hazırda 437 təyyarə ilə dünyada 9-cu yerdədir.
KONKRET.az xəbər verir ki, bunu Türk Hava Yollarının (THY) baş direktoru Bilal Ekşi bildirib.
“2033-cü ildə təyyarələrimizin sayını 813-ə çatdırıb, dünyada 3-cü yerə yüksələcəyik”, – deyə baş direktor bildirib.
Ekşi THY-nin 129 ölkəyə uçduğunu, Türkiyə də daxil olmaqla 350 uçuş nöqtəsi olduğunu qeyd edib.
Onun sözlərinə görə, 2003-cü ildə 65 təyyarəsi olan THY-nin hazırda 437 təyyarəsi var:
“O vaxt biz dünya reytinqində 35-ci idik, bu gün 9-cu yerdəyik”.