Türkiyə dünyada 3-cü olacaqbackend

Türkiyə dünyada 3-cü olacaq

Türk Hava Yolları (THY) hazırda 437 təyyarə ilə dünyada 9-cu yerdədir.

KONKRET.az xəbər verir ki, bunu Türk Hava Yollarının (THY) baş direktoru Bilal Ekşi bildirib.

“2033-cü ildə təyyarələrimizin sayını 813-ə çatdırıb, dünyada 3-cü yerə yüksələcəyik”, – deyə baş direktor bildirib.

Ekşi THY-nin 129 ölkəyə uçduğunu, Türkiyə də daxil olmaqla 350 uçuş nöqtəsi olduğunu qeyd edib.

Onun sözlərinə görə, 2003-cü ildə 65 təyyarəsi olan THY-nin hazırda 437 təyyarəsi var:

“O vaxt biz dünya reytinqində 35-ci idik, bu gün 9-cu yerdəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*