“Türkiyə düşmənimizdir, məhv etmək üçün mexanizmləri işə salmalıyıq” – Baqdasarov – VİDEObackend

"Türkiyə düşmənimizdir, məhv etmək üçün mexanizmləri işə salmalıyıq" - Baqdasarov - VİDEO

“Türkiyə düşmənimizdən müttəfiqimizə çevrilməyəcək, onu məhv etmək üçün mexanizmləri işə salmalıyıq”.

KONKRET.az xəbər verir ki, bunu ermənipərəst Vladimir Solovyovun “Rossiya-1” telekanalında yayımlanan “Voskresnıy veçer” verilişində Semyon Baqdasarov deyib. Erməni əsilli rusiyalı politoloq Semyon Baqdasarov tarixçi, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin problemləri üzrə ekspertdir. O, Türkiyəni həmişə düşmən ölkə adlandırır.

“Türkiyənin NATO-dan çıxacağını iddia edənlərin hamısı yanıldı. Bu heç vaxt olmayacaq və Türkiyə düşmənimizdən müttəfiqimizə çevrilməyəcək. Biz sakitcə Türkiyəni daxildən məhv edəcək mexanizmləri işə sala bilərik”, – deyə Baqdasarov erməni xislətini büruzə verib.

Daha sonra o, lirənin düşməsi ilə əlaqədar Türkiyəni “məhv etmək üçün münbit şəraitin yarandığını” dilə gətirib. Türk düşməni solovyovlar, baqdasarovlar fürsətdən istifadə etməyi yaxşı bacarırlar axı. Ramzan Kadırovdan sonra Baqdasarov da Abdulla Öcalana heykəl qoymaqla Türkiyəyə cavab vermək lazım olduğunu çərənləyib.

“İnanın, indi hər şeyi məhv etmək üçün ideal şərait var: lirənin düşməsi, əhalinin öz rəhbərliyinə inamsızlığı, PKK ilə bağlı problemlər. Niyə biz bu imkanlardan istifadə etmirik? Ərdoğan Cövhər Dudayevə park açaraq bir daha üstümüzə donuz atdı. Bizim tərəfdən nə qəribə cavab gəldi? Diplomatik kanallarla eyhamlar verməkdənsə, Moskvada Abdulla Öcalanın abidəsini açmaq, açılışa PKK rəhbərliyini dəvət etmək lazım idi. Bəlkə burnumuzun suyunu axıtdığımız kifayətdir?

Baqdasarovun arzusu ürəyində qalacaq, çünki Türkiyə həmişə ayaqdadır, lirənin düşməsi Türkiyəni yıxa bilməz. Türkün dizini yerə gətirmək baş tutan məsələ deyil! 

Xuraman Etibarlı,

KONKRET.az

  • Əliəddin
    Dekabr 31, 2021 - 00:11

    Çaqqal vaqqıltısına nədən fikir verilir. Hay kirvələrin 24 aprel vaqqıldamalarının birində ƏRDOĞANIN məşhur fikrini yada salsaq kifayətdir: erməni kirvələr nəinki yüzilliklərini, hətta iki, üç, … minilliklərininin vay-şivənlərini tutsalar da, bu TÜRKİYƏYƏ vız gəlib, dızzz gedəcək. Görünür gözlərinin yaşı çoxdur. Nə qədər istəyirlər zırıldasınlar. Solovyova gəlincə, bizim milyarderlər o qədər xəsisdirlər ki, onun ağzına bir neçə qəpik-quruş atmaqla onu susdurmaq olmazmı?

  • Azər
    Dekabr 31, 2021 - 06:34

    “Pələng dərisinə girmiş çaqqallar” ! Əsl erməni xisləti !

  • Рома
    Dekabr 31, 2021 - 07:53

    Sən Turkiyəyə nə edə bilərsən ay çaqqal? Elə içindən yanacaqsan.

  • İsa
    Dekabr 31, 2021 - 14:20

    Bunlar həmisə belə hururlər.çaqqallar qarabagi aldıq səsin icinə soxub bu erməni sərəfsiz. rusdar agilli millətdi bilirlər bunlarin fikrin.guya rus sevərdilər.bir verlisədəki həmisə eyni adamlar toplanır hər sey aydındi.rusiya turkiyə bir birinə həmisə lazimdi

Azər üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*