Türkiyə Flyone Armenia-ya hava məkanından istifadə etməyə İCAZƏ VERMƏDİbackend

Türkiyə Flyone Armenia-ya hava məkanından istifadə etməyə İCAZƏ VERMƏDİ

Türkiyə Flyone Armenia aviaşirkətinə ölkənin hava məkanından Livan istiqamətində uçmağa icazə verməyib.

KONKRET.az xəbər verir ki, bu barədə daşıyıcının rəsmi saytında ​​məlumat verilib. Məlumatda deyilir ki, Türkiyənin aviasiya orqanları Flyone Armenia şirkətinin hava məkanından Livan istiqamətinə uçuşunu dayandırıb.

Aviaşirkət Beyruta uçuşlara iyunun 20-dən başlayıb.

Mövcud vəziyyətlə əlaqədar olaraq aviaşirkət iyulun 21-dək İrəvan-Beyrut-İrəvan marşrutu üzrə uçuşları təxirə salmağa məcburdur. Bu marşrut üzrə uçuşların bərpası ilə bağlı müvafiq məlumat veriləcək.

Eyni zamanda qeyd edilir ki, İrəvan-İstanbul-İrəvan reysi qrafikə uyğun həyata keçirilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*