Türkiyə hərbçisi şəhid oldubackend

Türkiyə hərbçisi şəhid oldu

“Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə hərbçisi çavuş Rəşad Ərgin terrorçu qüvvələrin açdığı atəş nəticəsində şəhid olub.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbçi yaralanaraq xəstəxanaya qaldırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb. PKK terror qruplaşması üzvlərinin gizləndiyi yerlərin dağıdılmasına hədəflənən bu əməliyyatda havadan kəşfiyyat və zərbə PUA-ları, həmçinin ATAK helikopterləri iştirak edir, qurudan isə xüsusi təyinatlılar hərəkət edir.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*