Azərbaycanla Türkiyə arasında ümumi həcmi 33 milyard kubmetr olan yeni təbii qaz təchizatı müqaviləsi razılaşdırılıb.
KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb.
“Cümə günü son danışıqları başa çatdırdıq. Tezliklə sənəd imzalanacaq”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, saziş üzrə tədarük 2029-cu ildə başlayacaq və 15 il müddətinə davam edəcək.
Müqavilə üzrə Abşeron yatağından ildə 2,25 milyard kubmetr təbii qaz boru xətti vasitəsilə Türkiyəyə tədarük ediləcək.
