Türkiyə ilə İsveç arasında “kiber müharibə” GEDİRbackend

Türkiyə ilə İsveç arasında "kiber müharibə" GEDİR

Hazırda Türkiyə ilə İsveç arasında əsl “kiber müharibə” gedir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hakerlər İsveç hökumətinin və banklarının saytlarını dağıdıblar.

Bildirilib ki, saytlarda Məkkənin fotoşəkilləri və azan səsi verilib.

Qeyd olunub ki, Skandinaviya ölkəsi Quranın açıq şəkildə yandırılmasına görə üzr istəməyincə kiberhücumlar dayanmayacaq. Ankarada isə fəallar səfirliyin qarşısında İsveç bayraqlarını yandırıblar.

Məlumata görə, vəziyyətin gərginləşməsi İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı danışıqları poza bilər.

Xatırladaq ki, Stokholmda Türkiyə əleyhinə nümayişdən sonra Ankara isveçli siyasətçilərin əvvəldən planlaşdırılan səfərlərini ləğv edib. Yanvarın 21-də İsveçin müdafiə naziri ölkənin alyansa daxil olması variantlarını müzakirə etmək üçün Ankaraya uçmalı idi. Lakin onun səfəri təcili olaraq ləğv edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*