Türkiyə lideri: Qarabağ zəfəri Azərbaycanı daha da güclü etdibackend

Türkiyə lideri: Qarabağ zəfəri Azərbaycanı daha da güclü etdi

Qarabağ zəfəri Azərbaycanı daha da güclü etdi.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçında 28 May – Müstəqillik Gününə həsr olunan konsertdən öncə çıxışı zamanı deyib.

O qeyd edib ki, Qarabağ zəfəri bir millətin sanki yenidən dirilişi oldu:

“Burada millət iradəsinin təzahürü var. Qəhrəman şəhidlərimizin qanı hesabına ödənmiş müzəffər zəfərin qüruru var. Daha əvvəl Qarabağın dünyaya açılan qapıları Füzuli və Zəngilanda qardaşımla (Prezident İlham Əliyev – red.) birlikdə açmışdıq, bu gün bir qapını da Laçında açdıq. İlham qardaşımın əvəzsiz qatqıları ilə iki ölkə arasında münasibətləri daha yüksək səviyyəyə qaldırırıq. Qarabağ üçün artıq uğur hekayəsi yazmaq vaxtıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*