Türkiyə Meksika Senatının qondarma “erməni soyqırımı”nı tanımasını pisləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Türkiyə Xarici İşlər Nazirliyi Meksika Senatının qərarını rədd edib və pisləyib. Nazirlik bunun BMT-nin “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyası və AİHM-in 1948-ci il tarixli qərarlarına zidd olduğunu qeyd edib.
“Təəssüf ki, Meksika senatının bu təhlükəli qərarı Meksikadan olan qrupların iştirakı ilə zəlzələ qurbanlarının axtarış-xilasetmə əməliyyatlarının aparılması ilə üst-üstə düşür və bu, Türkiyə-Meksika dostluğu ilə üst-üstə düşmür”, – Türkiyə XİN bildirib.
Türkiyənin xarici siyasət idarəsinin başçısı Meksika senatını bu səhv addımı düzəltməyə və tarixdən düşmənçilik yaratmamağa çağırır.
Xuraman Etibarlı,
KONKRET.az