Türkiyə oktyabrın 1-dən Moldovaya gündə 2 milyon kubmetr qaz ixrac edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
“Oktyabrın 1-dən etibarən Türkiyə Moldovaya gündə 2 milyon kubmetr təbii qaz ixrac edəcək”, – məlumatda deyilir.
Qeyd edək ki, daha əvvəl mətbuatda Türkiyənin Rumıniyaya təbii qaz ixracına oktyabrın 1-dən başlayacağı barədə məlumat yayılmışdı.
Ariz Həsənoğlu,
KONKRET.az