Türkiyə PKK ilə əlaqədə olan 75 şübhəlini SAXLADIbackend

Türkiyə PKK ilə əlaqədə olan 75 şübhəlini SAXLADI

Türkiyə təhlükəsizlik qüvvələri 75 nəfəri PKK  ilə əlaqədə şübhəli bilinərək saxlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya məlumat verib.

“Qəhrəmanlar əməliyyatı çərçivəsində 11 əyalətdə terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 75 nəfər saxlanılıb”, – nazir deyib.

Həbslər əsasən Türkiyənin cənub-şərq bölgələrində həyata keçirilib.

Qeyd edək ki, oktyabrın 1-də Türkiyə Daxili İşlər Nazirliyinin Ankaradakı qərargahında törədilən terror aktından sonra “Qəhrəmanlar” əməliyyatına başlanılıb.

Oktyabrın 1-dən bu günə qədər minə şəxs PKK ilə əlaqədə şübhəli bilinərək saxlanılıb.

Ariz Həsənoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*