Türkiyə Qara dənizdə qaz kəmərinin inşasına nə vaxt başlayır?backend

Türkiyə Qara dənizdə qaz kəmərinin inşasına nə vaxt başlayır?

Türkiyənin Qara dənizdə suyun altına çəkiləcək ilk boru kəmərinin inşasına 2022-ci ilin yaz aylarında başlanılacaq.

KONKRET.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu qardaş ölkənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

Nazir 11-ci Türkiyə Enerji Zirvəsinin açılışındakı çıxışında bildirib ki, Qara dənizdə təbii qazın kəşfi ilə bağlı işlər sürətlə davam edir:

“İyul ayında Türkali-2 quyumuzun lay-2 və lay-3 sınaqlarını uğurla başa çatdırdıq. Həmin gün ilk dəfə Qara dəniz qazını orada yandırdıq. Bu həftə gündəlik 650 min kubmetr qaz axınına çatdıq”. Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*