Türkiyə qırıcıları, hərbi gəmiləri hərəkətə keçəcək – YUNANISTANDA HƏYƏCAN SİQNALI…backend

Türkiyə qırıcıları, hərbi gəmiləri hərəkətə keçəcək - YUNANISTANDA HƏYƏCAN SİQNALI...

Şərq Aralıq dənizi bölgəsinə müttəfiqlərini dəvət edərək hər həftə hərbi təlimlər keçirən Yunanıstanda Türkiyənin eyni bölgədə təlimlər keçirəcəyi xəbəri böyük narahatlıqla qarşılanıb.

KONKRET.az xəbər verir ki, Yunanıstan KİV-lərinin manşetlərində Türkiyənin fevralın 25-də Egey və Aralıq dənizində keçirəcəyi “Mavi Vətən 2021” təlimləri ilə bağlı məlumatlar yer alıb.

Məlumata görə, təlimdə 82 döyüş gəmisi və F-16-ların da aralarında olduğu 27 döyüş təyyarəsi iştirak edəcək.

Yunanıstandakı bəzi media orqanları həyəcanlı xəbərlər yayaraq bu təlimlərdən qorxularını ifadə ediblər.

Hətta qeyd olunub ki, Afinada həyəcan siqnalı da veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*