Yaxın vaxtlarda Türkiyə Rusiyaya yeni səfir təyin edəcək.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələr bildirib.
Qeyd olunub ki, Türkiyənin Rusiyadakı hazırkı səfiri Mehmet Samsarın missiyası başa çatır.
Yeni səfirin təyin olunacağı vaxt dəqiq açıqlanmayıb.