Türkiyə səfirindən Əliağa Vahidin heykəli ilə bağlı paylaşım – FOTObackend

Türkiyə səfirindən Əliağa Vahidin heykəli ilə bağlı paylaşım - FOTO

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Əliağa Vahidin İçərişəhərdəki heykəli ilə bağlı maraqlı paylaşım edib.

KONKRET.az xəbər verir ki, səfir heykəlin unikallığına diqqət çəkib:

“Dünyada gördüyüm ən maraqlı heykəldir. Şair və sənətkar Əliağa Vahidin həyat hekayəsi heykəlinin üzərində təsvir edilib”.

Qeyd edək ki, Əliağa Vahidin heykəli 1989-cu ildə hazırlanıb. Heykəlin müəllifi Natiq Əliyev və Rahib Həsənov, memarı isə Sənan Salamzadədir.

Bir neçə ay ərzində davam edən yaradıcılıq prosesi 1990-cı ilin martında tamamlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*