Türkiyə səfirinin müavini İsrail XİN-ə çağırıldıbackend

Türkiyə səfirinin müavini İsrail XİN-ə çağırıldı

Fələstinin HƏMAS hərəkatı Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü ilə əlaqədar Türkiyənin Təl-Əvivdəki səfirliyinin binası üzərindəki dövlət bayrağı yarıya kimi endirilib. Buna cavab olaraq İsrailin xarici işlər naziri İsrael Katz Türkiyə səfirinin müavinini Xarici İşlər Nazirliyinə çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə İsrael Katz “X” sosial şəbəkə hesabında yazıb.

Nazir bildirib ki, türkiyəli diplomata səfirlik binası üzərindəki bayrağın endirilməsi ilə əlaqədar İsrail tərəfinin etirazı çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*