Türkiyə səfirliyi yaxınlığında partlayış oldu – VİDEObackend

Türkiyə səfirliyi yaxınlığında partlayış oldu - VİDEO

Türkiyənin Qırğızıstandakı səfirliyi yaxınlığında partlayış baş verib.

KONKRET.az xəbər verir ki, Qırğızıstanın Daxili İşlər Nazirliyi hadisənin terror aktı olmadığını bəyan edib.

Belə ki, hərəkətdə olan avtomobil qısaqapanma nəticəsində alovlanıb və partlayış yüksələn alovun LPG çəninə çatması səbəbindən baş verib.

Sürücünün dediyinə görə, avtomobildə qaz avadanlığı olub. Sürərkən tüstü çıxıb və o, maşından düşə bilib.

Partlayış nəticəsində ölənlərin olub-olmadığı hələlik məlum deyil. Hadisənin səbəbi ilə bağlı Qırğızıstan rəsmiləri tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*