Türkiyə spirtli içkiləri “hər şey daxil” sistemindən ÇIXARA BİLƏRbackend

Türkiyə spirtli içkiləri “hər şey daxil” sistemindən ÇIXARA BİLƏR

Türkiyədə “hər şey daxil” paket turların qiymətlərinə yenidən baxılmalıdır.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu “Bentour” şirkətinin baş direktoru Deniz Uğur deyib.

Belə ki, o, alkoqolun “hər şey daxil” sistemindən çıxarılmasını təklif edir.

Uğur hesab edir ki, ailələrin Türkiyəyə marağını davam etdirmək üçün daha az və ya spirtsiz  paketlər yaradılmalıdır.

Məlumata görə, bu il Türkiyədə otellərin qiymətləri Aralıq dənizinin bir çox istiqamətlərini üstələyib. Deniz Uğurun fikrincə, uşaqlı ailələr üçün qiymətlər aşağı salınmalıdır ki, Türkiyədə tətillər münasib qalsın. Bunun üçün “Bentour” rəhbəri alkoqollu içkilər istisna olmaqla, əsas paketlərin hazırlanmasını təklif edir. Çünki ölkədə spirtə aksizlər kifayət qədər yüksəkdir və bu, son nəticədə turların qiymətinə təsir göstərir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*