Türkiyə Stokholmda müqəddəs kitabın yandırıldığı yerdə “Qurana ehtiram” aksiyası KEÇİRƏCƏKbackend

Türkiyə Stokholmda müqəddəs kitabın yandırıldığı yerdə "Qurana ehtiram" aksiyası KEÇİRƏCƏK

Türkiyə Stokholmda müqəddəs kitabın yandırıldığı yerdə “Qurana ehtiram” aksiyası keçirəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Dini İşlər İdarəsinin rəhbəri Əli Ərbaşa istinadən məlumat yayıb.

Türkiyə Stokholmdakı səfirliyinin binasının qarşısında – “Qurani-Kərim” yandırılan yerdə “Qurana ehtiram” aksiyası keçirəcək.

O qeyd edib ki, bu yolla iştirakçılar Quran ifrat sağçı radikallar tərəfindən murdarlandıqdan sonra ona öz hörmətlərini göstərəcəklər.

Xatırladaq ki, yanvarın 21-də Stokholmda müqəddəs kitabın yandırılması aksiyası keçirilib. O, yerli hakimiyyət orqanları ilə razılaşdırılaraq polisin nəzarəti altında Türkiyə səfirliyinin qarşısında keçirilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*