Türkiyə Super liqasında görünməmiş hadisə: Hakim vəhşicəsinə döyüldü – VİDEObackend

Türkiyə Super liqasında görünməmiş hadisə: Hakim vəhşicəsinə döyüldü - VİDEO

Türkiyənin futbol üzrə Super liqasında görünməmiş hadisə baş verib.

KONKRET.az xəbər verir ki, superliqanın 15-cü trurunda Ankarada keçirilən “Ankaragücü”-“ÇaykurRizəspor” oyununun sonunda ev sahibi “Ankaragücü” klubunun prezidenti Faruk Koca meydana girərək oyunun hakimi Halil Umut Meleri yumruqlayıb. Yerə düşən Halil Umut Meler üstəlik yerdə “Ankaragücü”lü idarəçilər tərəfindən təpiklənib.

Qeyd edək ki, Halil Umut Meler Türkiyənin hazırda ən məşhur hakimi sayılır. Onu UEFA Çempionlar liqasının ən vacib oyunlarına dəvət edirlər.

Hakimi təpikləyən Faruk Koca isə keçmiş deputatdır. Faruk Koca Ədalət və İnkişaf partiyasının qurucularından sayılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*