Türkiyə Silahlı Qüvvələrində ilk dəfə olaraq qadın admiral təyin edilib.
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Prezident Ərdoğanın sədrliyi ilə keçirilən Ali Hərbi Şuranın iclası başa çatıb.
Nəticədə qərargah polkovniki Gökçen Fyrat Dəniz Qüvvələri Komandanlığının admiralı rütbəsinə yüksəlib.
Burhan,
KONKRET.az