C130″ tipli təyyarə dünyanın 60-70 ölkəsində istifadə edilən hərbi təyyarədir. Uzun illərdir Türkiyə Silahlı Qüvvələrində istifadə edilir, ilk dəfədir ki, belə qəza olur. Təyyarə ötən əsrin 60-cı illərində ABŞ-də istehsal edilib”.
KONKRET.az xəbər verir ki, bunu demokrat.az-a açıqlamasında Türkiyənin Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, keçmiş deputat Kürşat Atılgan deyib. O bildirib ki, qəzanın hansı səbəbdən baş verməsi qara qutunun araşdırılmasından sonra məlum olacaq:
“Hazırda verəcəyimiz bütün rəylər təxmindən o yana keçə bilməyəcək. Araşdırılacaq, nəticələr bütün dünyaya açıqlanacaq.Təyyarənin quyruq tərəfində bir hissə var, o hissədə problem olduğu zaman təyyarə dönə-dönə yerə düşür. Bundan başqa ehtimallar da gözardı edilməməlidir təbii ki. O ehtimallar da araşdırılacaq. Bu təyyarəyə aşağıdan müdaxilə edilməsi ehtimalı yoxdur. Çünki hərbi təyyarələr uçuş etdiyi zaman həmin ölkələrin müdafiə nazirliklərinə məlumat verilir, bu uçuşlar icazələrlə həyata keçirilir”.
