Türkiyə “tır”larını gömrükdə kim “ilişdirir”?backend

Türkiyə “tır”larını gömrükdə kim “ilişdirir”? - AÇIQLAMA

Son günlər bir sıra KİV-lərdə Türkiyə qeydiyyatında olan yük nəqliyyat vasitələri sürücülərinin Azərbaycan Gömrük sərhədini keçən zaman incidilməsi, gömrük-keçid məntəqəsində sürətli keçidə maneələr yaradılması, gömrük ödənişlərinin şişirdilməsilə bağlı etiraz çıxışları yayılmışdır. Məsələnin qardaş Türkiyə ilə bağlı olması isə hamıda narahatlıq yaratmışdır. Çünki hər an yanımızda olan, dəstək verən, həqiqətən qardaş olduğunu sübut edən bir ölkənin vətəndaşlarının incidilməsi qəbuledilməz və yolverilməzdir. Ona görə də problemlə bağlı kiçik araşdırma apardıq.

Adının çəkilməsini istəməyən gömrük əməkdaşı KONKRET.az-ın sorğusuna cavab olaraq Türkiyə yük nəqliyyat vasitələri və sürücüləri ilə bağlı problemin olmadığını, heç bir qanun pozuntusuna yol verilmədiyini deyib. Türkiyə və eləcə də digər ölkələrin yük nəqliyyat vasitələrinin ölkəmizə giriş-çıxışı Azərbaycan Respublikası Vergi Məcəlləsininin 210-cu maddəsi ilə tənzimlənir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən ölkə ərazisində beynəlxalq avtomobil daşımaların tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir.

Gömrük əməkdaşı yol vergisinin “Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında” Avropa Sazişinə əsasən hesablandığını nəzərə çatdırıb. Beynəlxalq avtomobil əlaqələri haqqında ikitərəfli sazişlərə əsasən xarici dövlətlərə məxsus yük nəqliyyat vasitələri müvafiq kvota çərçivəsində mübadilə edilmiş “İcazə” blankları ilə ölkə ərazisinə daxil olduqda və ya tərk etdikdə həmin sazişdə yol vergisindən azadolma nəzərdə tutulubsa, o halda yol vergisindən, tutulmadığı halda yalnız dövlət rüsumundan azad olunurlar.

Müsahibimiz Türkiyə və Azərbaycan hökumətləri arasında beynəlxalq avtomobil əlaqələri sahəsində ikitərəfli sazişlərdə yol vergisindən azadolmalar nəzərdə tutulmadığını qeyd edib.

Azərbaycan və Türkiyə qardaş, strateji tərəfdaş ölkələrdir, iki dövlət arasındakı ticarət dövriyyəsi zamanı mal və nəqliyyat vasitələrinə qarşılıqlı olaraq tətbiq edilən vergi, rüsum və digər ödənişlərin aşağı və ya yuxarı dərəcəli olması da hər iki dövlət tərəfindən razılaşdırılır.

18 iyul 2000-ci il tarixli 913-İQ saylı Azərbaycan Respublikasının qanununa əsasən gömrük ödənişləri tətbiq olunur. Təəssüf doğuran məqam odur ki, 20 ildir ki, tətbiq olunan gömrük ödənişləri niyə məhz indi qabardılır, süni narazılıq yaradılır, yoxsa burada da xüsusi qüvvələr öz işini görür? Qardaş dediyimiz Türkiyə həm də həssas yerimizdir, heç kim öz can və qan qardaşını incitmək istəməz. Bu yayılan yanlış şərhlər, fikirlər, yalan məlumatlar bizim münasibətlərə ləkə vura bilməz, əsla xələl gətirməz.

Xuraman Həmidova

KONKRET.az

  • GARACANTA
    May 3, 2021 - 21:52

    Türk TIR-larını Azərbaycan sərhədində saxlayanlar ya PKK-ya ya YPG-yə ya ASALA-ya xidmət edirlər.

GARACANTA üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*