Türkiyə və ABŞ arasında memorandum imzalanıbbackend

Türkiyə və ABŞ arasında memorandum imzalanıb

Türkiyə və ABŞ arasında nüvə əməkdaşlığı memorandumu imzalanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar paylaşım edib.

Nazir bildirib ki, Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Mülki Nüvə Əməkdaşlığı Anlaşma Memorandumu imzalanıb.

Nazirin sözlərinə görə, imzalanan sənəd iki ölkə arasında mülki nüvə enerjisi sahəsində əməkdaşlığın gücləndirilməsini və gələcəkdə ortaq layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Bayraktar əlavə edib ki, bu əməkdaşlıq Türkiyənin enerji təhlükəsizliyi və dayanıqlı inkişaf hədəflərinə mühüm töhfə verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*