“Türkiyə və Azərbaycanla müzakirələr aparmağa hazırıq” – David Zalkalianibackend

“Türkiyə və Azərbaycanla müzakirələr aparmağa hazırıq” - David Zalkaliani

“Bölgədə baş verən prosesləri müzakirə etmək üçün yaxın zamanlarda Türkiyə və Azərbaycana səfər etmək istəyirəm”.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri vəzifəsinə namizəd David Zalkaliani deyib.

Onun sözlərinə görə, Gürcüstan regionda hadisələrin inkişafından geri qalmamalı, lakin eyni zamanda proseslər ölkə maraqlarına zərər gətirməməlidir:

“Bu səfərləri yaxın zamanlarda həyata keçirməyə hazıram. Çünki regiondakı cari proseslərdə iştirakımız olduqca mühüm əhəmiyyət kəsb edir. Bizim də irəli sürə biləcəyimiz təkliflər var. Bununla bağlı hər iki qonşumuzla müzakirələr aparmağa hazırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*