Türkiyə və Rusiya razılığa gəldi – Problem həllini tapdıbackend

Türkiyə və Rusiya razılığa gəldi - Problem həllini tapdı

Rusiya Türkiyənin kənd təsərrüfatı mallarına tətbiq etdiyi qadağanı aradan qaldırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Kənd Təsərrüfatı Məhsullarının Təftiş Təşkilatı açıqlama yayıb. Bildirilib ki, sentyabr ayının 9-dan etibarən Antalya və İzmir pomidoru ilə bibər məhsulları Rusiyaya buraxılacaq. Tərəflər arasında əldə edilən razılaşmaya əsasən Türkiyə, məhsulların kefiyyəti barədə Rusiyaya zəmanət verib.

Qeyd edək ki, Rusiya məhsullarda virus aşkarlandığını əsas gətirərək, ötən il türk məhsullarına tətbiq etmişdi. Lakin, ekspertlər bunu bəzi siyasi amillərlə izah etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*