Türkiyə vətəndaşlarına xəbərdarlıq etdi: “Fransaya gedərkən ehtiyatlı olun”backend

Türkiyə vətəndaşlarına xəbərdarlıq etdi: "Fransaya gedərkən ehtiyatlı olun"

Türkiyə Xarici İşlər Nazirliyi, Fransada davam edən etiraz nümayişləri səbəbiylə vətəndaşlarına bu ölkəyə səfərləri zamanı diqqətli olmalarını tövsiyə edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada, Fransaya gedəcək Türkiyə vətəndaşlarına ölkədəki əlverişsiz şərtləri nəzərə almaları və səyahətlərini buna uyğun planlaşdırmaları xəbərdalıq olunub. “Fransadakı vətəndaşlarımız və ya bu ölkəyə səfər edəcək vətəndaşlarımız mövcud mənfi şərtləri nəzərə almalı, etiraz nümayişləri zamanı ayıq olmalı və mümkün qədər aksiya yerlərindən uzaq olmalıdır. Təcili vəziyyətlərdə Konsulluq Çağrı Mərkəzinə zəng edə bilərlər”.

Dünən Parisdəki etirazları izləyən türkiyəli müxbir Mustafa Yalçın təhlükəsizlik qüvvələrinin vurduğu qaz balonu nəticəsində yaralanıb.

Qeyd edək ki, Fransada yaşanan geniş miqyaslı tətillər və etirazlar səbəbindən, müxtəlif nəqliyyat və ictimai xidmətlərdə, xüsusilə şəhərlərarası qatarda və daxili-beynəlxalq uçuşlarda fasilələr yaranıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*