Türkiyə XİN Azərbaycanı təbrik etdibackend

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə təbrik edib.

KONKRET.az xəbər verir ki, xarici siyasət idarəsinin bəyanatında qeyd olunub:

“Dünən (1 sentyabr) keçirilmiş Milli Məclisə seçkilərin qardaş Azərbaycan üçün xeyirli olmasını diləyirik. Sözügedən parlament seçkilərinin Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad edilmiş torpaqlarda keçirilməsi tarixi əhəmiyyət kəsb edir. İnanırıq ki, Azərbaycan xalqının öz iradəsini ortaya qoyduğu seçkilər Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasına öz töhfəsini verəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*