Türkiyə XİN Bakının azad olunmasının 105-ci ili münasibətilə Azərbaycanı təbrik edibbackend

Türkiyə XİN Bakının azad olunmasının 105-ci ili münasibətilə Azərbaycanı təbrik edib

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Bakının erməni-bolşevik işğalından azad olunmasının 105-ci ili münasibətilə Azərbaycanı təbrik edib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in “X” hesabında paylaşım edilib.

“Can Azərbaycanın gözəl paytaxtı Bakının işğaldan azad edilməsinin 105-ci ili münasibətilə azərbaycanlı qardaşlarımızı təbrik edir, müstəqillik uğrunda canlarından keçən bütün şəhidlərimizi hörmətlə yad edirik”, – paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 105-ci ildönümüdür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə hərbçiləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*