İstanbulda Rusiya və Ukrayna arasında keçirilən danışıqların üçüncü raundu ərəfəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan çıxış edərək, əsas məqsədin münaqişəyə son qoymaq və atəşkəsə nail olmaq olduğunu bildirib.
“Prezident Rəcəb Tayyib Ərdoğan bölgəmizdə illərdir sülh məşəlini əlində daşıyan liderdir. Əvvəlki iki raundda çox yaxşı nəticələr əldə olunub. Humanitar aspektdən xüsusilə müsbət haldır ki, əsirlərin dəyişdirilməsi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Tərəflərin sülh və atəşkəs perspektivinə dair imzaladığı sənədlər də çox önəmlidir,” – deyə Fidan vurğulayıb.
KONKRET.az xəbər verir ki, nazir əlavə edib ki, Türkiyə üçüncü raundda nəticəyönlü və məzmunlu danışıqların aparılmasını arzulayır və bu prosesin sonda sülhlə nəticələnəcəyinə ümid bəsləyir.
Natiq Səlim,
KONKRET.az