“26 fevral 1992-ci ildə Xocalı şəhərinə Ermənistan Silahlı Qüvvələrinin hücumu nəticəsində aralarında çoxlu uşaq, qadın və qocanın da olduğu 613 azərbaycanlı mülki vətəndaş həlak olmuş, yüzlərlə Azərbaycan vətəndaşı yaralanmış və mindən çox azərbaycanlı əsir götürülüb. Bu qətliam nəticəsində itkin düşənlərin aqibəti indiyədək məlum deyil”.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
“31 il əvvəl Xocalıda qətlə yetirilən azərbaycanlı vətəndaşlarımızın ağrısını bu gün də ürəyimizdə hiss edirik. Tarixdə qara ləkə olan bu insanlıq cinayətini lənətləyirik. Xocalı soyqırımında həlak olan azərbaycanlı qardaşlarımıza Allah rəhmət eləsin. Can Azərbaycan xalqına başsağlığımızı çatdırırıq”.