Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımı 30-cu ildönümü ilə bağlı bəyanat yayıb.
KONKRET.az xəbər verir ki, bəyanatda qeyd olunub:
“Ermənistan Respublikasının bölmələri tərəfindən 1992-ci il fevralın 26-da Azərbaycanın Qarabağ bölgəsindəki Xocalı şəhərinə qarşı hücumlarda aralarında çox sayda qadın və uşağın da olduğu 613 azərbaycanlı məsum dinc sakin qətlə yetirilib və yüzlərlə Azərbaycan vətəndaşı yaralanıb. Bundan başqa, mindən çox insan Ermənistan qüvvələri tərəfindən əsir götürülüb. İtkin düşənlərin aqibəti isə bu günədək məlum deyil.
30 il öncə dünyanın gözü qarşısında baş verən vəhşətin səbəb olduğu yaraların hələ də təzə olduğunu bilir, qardaş Azərbaycanın kədərini kədərimiz olaraq qəbul edir və ən dərindən paylaşırıq
Xocalı qətliamında həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyir, bütün can Azərbaycan xalqına səmimi-qəlbdən başsağlığı verir və həyatını itirənlərin əziz xatirələrini ehtiramla yad edirik”.