“Türkiyə yaxınlaşan güclü zəlzələyə ciddi şəkildə hazırlaşır” – RƏSMİbackend

"Türkiyə yaxınlaşan güclü zəlzələyə ciddi şəkildə hazırlaşır" - RƏSMİ

Türkiyə hakimiyyəti İstanbulun 2024-cü ilə planlaşdırılan mənzil fondunun genişmiqyaslı təmirini elan edib.

KONKRET.az xəbər verir ki, ölkənin Ekologiya və Şəhərsalma naziri Mehmet Özhaseki bildirib ki, yeni yaşayış evləri güclü zəlzələlərə davamlı olacaq. Türkiyəli nazir bu barədə TV100 telekanalına müsahibəsində bildirib.

Qeyd edək ki, seysmoloqlar İstanbul ərazisində maqnitudası 7-dən yuxarı olan güclü zəlzələ riski barədə dəfələrlə xəbərdarlıq edib. Belə bir zəlzələ zamanı 90 minə yaxın binanın dağılacağı və 260 min yaşayış binasının çökəcəyi proqnozlaşdırılır ki, bu da təxminən 4,5 milyon vətəndaşı evsiz qoya bilər.

“Heç kəsi qorxutmaq istəmirəm, amma həqiqəti söyləmək lazımdır: İstanbulda baş verə biləcək güclü zəlzələ bütün Türkiyə üçün ciddi nəticələrə səbəb ola bilər. İstanbulda 6 milyona yaxın ev və 1,5 milyon iş yeri var. Təxminən 600 minə yaxın bina riskli hesab olunur, ona görə də bizə köçürmə proqramı lazımdır”, – Özhaseki bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*