Türkiyənin Balıkesir şəhərində 4 maqnitudalı zəlzələ olub
KONKRET.az xəbər verir ki, Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) məlumatına görə, yeraltı təkanlar Balıkesirin Sındırğı rayonunda qeydə alınıb.
Zəlzələnin maqnitudası 4, dərinliyi isə 10,97 kilometr olub. Təbii fəlakətin nəticələri barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, avqustun 11 və 12-də də Sındırğıda zəlzələlər baş verib.
Natiq Səlim,
KONKRET.az