Türkiyənin Tekirdağ əyalətində işçiləri daşıyan servis maşını ilə hərbçiləri daşıyan avtobus toqquşub.
KONKRET.az xəbər verir ki, Ergene rayonunda baş verən qəza nəticəsində 16 nəfər yaralanıb. Onlardan 5-nin hərbçi olduğu bildirilir.
Hadisə yerinə təcili tibbi yardım əməkdaşları, xilasedicilər və polislər cəlb olunub.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.