Türkiyədə 5 nəfər dənizdə boğularaq ÖLDÜbackend

Türkiyədə 5 nəfər dənizdə boğularaq ÖLDÜ

Türkiyənin bəzi şəhər və rayonlarında yerləşən dənizlərin çimərliklərindən istifadə qadağan olunub.

KONKRET.az xəbər verir ki, buna küləkli hava şəraitində dalğalı sularda 5 nəfərin boğularaq ölməsi səbəb olub.

İstanbulun Şile rayonunda Ayazma çimərliyində 5 nəfər suda boğulub. Onlardan ikisi ölüb, biri xilas olunub, suda batan digər iki nəfər isə axtarışdadır. Şilenin Kızılcaköy çimərliyində isə bir nəfər boğularaq ölüb. Kocaelinin Kandıra rayonunda Tuzağzı çimərliyində 3 nəfər Mərmərə dənizində suda batıb, 16 və 13 yaşında iki qardaşın dənizdən cəsədi çıxarılıb, 35 yaşlı digər şəxs xilas edilib. Kandıranın Bağırqanlı çimərliyində isə 23 yaşlı bir gənc dənizdə itkin düşüb.

Küləkli hava ilə əlaqədar bu çimərliklər də daxil olmaqla İstanbulun Sarıyer Gümüşdere, Sakaryanın Karasu və Kocaali rayonlarında və Düzcenin Qaradəniz sərhədi olan Akcakoca rayonlarında dənizə girmək qadağan olunub.

Qeyd edək ki, Karasu çimərliyindən istifadə edən 32 nəfərdə dəri xəstəliyi də aşkarlanıb. Unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*