İyulun 17-nə keçən gecə Türkiyənin Mersin vilayətində iri meşə yanğını baş verib.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə respublikanın Kənd Təsərrüfatı və Meşə Nazirliyi məlumat yayıb.
“Mersin vilayətinin Gülnar kəndində baş verən meşə yanğını yanğınsöndürənlər və helikopterlər tərəfindən söndürülür”, – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, yanğının baş verdiyi kənd “Akkuyu” AES-in tikildiyi ərazidən 40 km aralıda yerləşir.
Məlumata görə, yanğınla əlaqədar olaraq rayon ərazisində 25 ev ehtiyat tədbiri olaraq təxliyə edilib, 5 ev yanıb.
İqbal Rzayev,
KONKRET.az