Türkiyədə ard-arda zəlzələlər oldubackend

Türkiyədə ard-arda zəlzələlər oldu

Türkiyənin Egey və Aralıq dənizi sahillərində ard-arda zəlzələlər baş verib.

KONKRET.az xəbər verir ki, İlk 4 ballıq zəlzələ yerli vaxtla 07:32-də qeydə alınıb və Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinə (AFAD) görə, episentri Antalyanın Qazipaşa rayonunun sahilləri olub.

İkinci yeraltı təkan isə 4,6 manqitudalı olub və Gökçeadanın (Çanaqqala vilayəti) Egey dənizi sahillərində qeydə alınıb.

Xatırladaq ki, ötən gecə Türkiyənin İstanbul şəhərində də yeraltı təkanlar qeydə alınmışdı. Türkiyənin Kandilli rəsədxanasına görə, onlardan ən güclüsü yerli vaxtla 20:35-də baş verib və zəlzələ 3,5 bal gücündə olub. Yeraltı ocağı 7,8 kilometr dərinlikdə qeydə alınıb.

Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*